Hazırda icarə əsasında Gəncənin "Kəpəz" klubunda çıxış edən və müqaviləsi "Turan Tovuz"a məxsus olan Azərbaycanın gənclərdən ibarət futbol yığmasının (U-21) hücumçusu Sadiq Şəfiyev xarici klubların diqqət mərkəzinə düşüb.
Tvit.az "Azerisport"a istinadən xəbər verir ki, İsveçin "Sirius" komandası xüsusilə Şəfiyevin çıxışını diqqətlə izləyir.
19 yaşlı hücumçu ilə yerli "Araz-Naxçıvan" və "Şamaxı" klubları da maraqlanır.
Şəfiyevin klubunun gələcək taleyinə mövsümün sonunda, onun "Turan Tovuza" qayıdacağı gözlənilən vaxtda qərar veriləcəyi gözlənilir.