Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.
Gimnastika Federasiyasından "Tvit.az"a verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.