Müğənni Nura Suriyə ağır itki üz verib.
Tvit.az Musavat.com-a istinadla xəbər verir ki, ifaçının dayısı oğlu 57 yaşında vəfat edib.
"Bu gün ailəmiz üçün çox ağır bir gün oldu. Böyük dayım, tanınmış alim və Slavyan Universitetinin banisi Rasim Mirzəyevin oğlu Cavid 57 yaşında vəfat etdi. Cavidin anası 45 yaşında, bacısı 36 yaşında, dayım isə 62 yaşında rəhmətə gediblər. Bir ailənin bütün üzvləri bu dünyadan getdilər", - Nura Suri qeyd edib.