Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda qadını şantaj edən 22 yaşlı gənc saxlanıldı
turizm

Bakıda qadını şantaj edən 22 yaşlı gənc saxlanıldı

20-03-2025 15:00 26 Views
IMG

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

 

Bu barədə Tvit.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.