Fələstin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın məhv edilməsi qruplaşmanın “son gününün başlanğıcı” olacaq.
Tvit.ax xəbər verir ki , bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Bu gün hesabı həll etdik. Bu gün pisliyə zərbə vurulub, amma bizim vəzifəmiz hələ də tamamlanmayıb”, - deyə hökumət başçısı bildirib.
Eyni zamanda Netanyahu birbaşa girovların ailələrinə müraciət edib. O, videomüraciətində bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) oğurlananları evlərinə qaytarmaq üçün “tam gücü ilə” çalışacaq.
Aysel Şirinova