ABŞ prezidenti Co Bayden həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı dövlət başçıları səviyyəsində Ukrayna üzrə təmas qrupunun uzaq formatda görüş keçirəcəyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.
“[ Kiyevə hərbi yardım göstərmək üçün] bu səylərin bir hissəsi olaraq , prezident Bayden 2024-cü ilin noyabrında virtual lider səviyyəsində Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısına ev sahibliyi edəcək və burada liderlər Ukraynaya əlavə yardımla bağlı beynəlxalq tərəfdaşlarla koordinasiya aparacaqlar”, - bəyanatda deyilir.