Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda yeni vergi strategiyası hazırlanıb
sosial

Azərbaycanda yeni vergi strategiyası hazırlanıb

13-02-2025 11:00 22 Views
IMG

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən strategiyası hazırlanıb.

"Tvit.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

O bildirib ki, bu strategiya bizim yaxın gələcəkdə misiyamızı, dəyərlərimizi müəyyən edir.

"Dövlət Vergi Xidməti innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir" - deyə Orxan Nəzərli əlavə edib.