Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərbaycana gəlib.
"Tvit.az" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov özünün sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, o, "Qarabağ"ın qonağı olacaq.
Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.
Tədbir saat 16:30-da baş tutacaq.