Beyrutda əhalinin sıx məskunlaşdığı ərazilərdə mülki insanlara dəyən zərər minimuma endirilməlidir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Co Bayden İsrailin Baş naziri Netanyahu ilə telefonda danışarkən deyib.
ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin vurğulandığı görüşdə Bayden Netanyahuya livanlıların və israillilərin təhlükəsiz şəkildə evlərinə dönə bilmələri üçün diplomatik həllə ehtiyac olduğunu qeyd edib.
Elmin Alışov