Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstan Brüsseldə keçiriləcək iki mühüm tədbirə dəvət olunmayıb
dünya

Gürcüstan Brüsseldə keçiriləcək iki mühüm tədbirə dəvət olunmayıb

16-11-2026 10:00 14 Views
IMG

Gürcüstan Brüsseldə keçiriləcək Genişlənmə Forumuna, eləcə də əlaqəlilik və təhlükəsizlik məsələlərinə dair nazirlər görüşünə dəvət almayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ölkə nümayəndəsi bu gün, noyabrın 16-da baş tutacaq tədbirlərdə iştirak etməyəcək.

 

“Bununla belə, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qalır və müvafiq səviyyədə dəvət alacağı təqdirdə görüşlərdə iştirak etməyə hazırdır. Bu mövqe Brüsselə məlumdur”, – deyə XİN-in açıqlamasında qeyd olunub.

 

 

Aysel Şirinova