Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin və Oman ABŞ və İranı atəşkəsə çağırıblar
dünya

Çin və Oman ABŞ və İranı atəşkəsə çağırıblar

02-11-2026 15:00 19 Views
IMG

Çin və Oman hakimiyyəti ABŞ və İranı hərbi əməliyyatları mümkün qədər tez dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Oman Sultanı Heysəm bin Tariq Al Səidin Çinə dövlət səfəri və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşün yekunlarına dair qəbul edilmiş birgə bəyanatda bildirilib.

 

Çin Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə tərəflərin münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğuladıqları qeyd olunub.

 

“Çin və Oman ABŞ və İranı sülh yoluna üstünlük verməyə, mümkün qədər tez tam atəşkəsə nail olmağa və hərbi əməliyyatları dayandırmağa çağırır. Tərəflər, həmçinin İslamabadda imzalanmış anlaşma memorandumunun müddəalarının yenidən yerinə yetirilməsini, dialoq və danışıqların bərpasını, o cümlədən nüvə proqramı üzrə hərtərəfli razılaşmanın əldə olunmasını vacib hesab edirlər”, – deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, Oman Sultanı son 48 ildə ilk dəfə Çinə dövlət səfəri edib. Səfər noyabrın 1–2-də baş tutub.

 

Aysel Şirinova