ABŞ, Yaponiya və Filippin donanmaları bir günlük birgə təlim keçirib.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerika Sakit Okean Donanmasının komandanlığının press-relizində deyilir.
Qeyd olunur ki, təlim Filippin sularının eksklüziv iqtisadi zonasında baş tutub.
Təlimin məqsədi regional və beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin azad və açıq Hind-Sakit okean regionuna dəstək olmaq olub.
Elmin Alışov