Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Rafinya "Barselona" tarixində Messinin rekordunu qırdı
sport

Rafinya "Barselona" tarixində Messinin rekordunu qırdı

17-09-2026 13:00 25 Views
IMG

"Barselona"nın braziliyalı vingeri Rafinya mövsümün ilk yeddi oyununda vurduğu qolların sayına görə Lionel Messinin rekordunu geridə qoyub.

 

Tvit.az xəbər verir ki, Rafinya "Barselona"nın İspaniya çempionatında "Rasinq"i 7:2 hesabı ilə məğlub etdiyi oyunda het-trikə imza atıb və mövsümün ilk yeddi matçında vurduğu qolların sayını 11-ə çatdırıb.

 

Bununla da braziliyalı futbolçu Messinin 2012/13 mövsümündə ilk yeddi oyunda vurduğu 10 qol göstəricisini geridə qoyub.

 

29 yaşlı Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb.