Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
sosial

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

17-09-2026 08:00 37 Views
IMG

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər.

 

Tvit.az xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib.

 

Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstərici saatda orta hesabla 40-55 kalori təşkil edir. Sərf olunan enerjinin miqdarı insanın çəkisindən, fiziki aktivliyindən və əsas maddələr mübadiləsinin sürətindən asılı olaraq dəyişir.

 

Dimitriu vurğulayıb ki, enerji sərfiyyatına təsir edən əsas amillərdən biri də əzələ toxumasının həcmidir. Əzələ kütləsi nə qədər çox olarsa, orqanizmin gün ərzində, həmçinin yuxu zamanı enerji sərfiyyatı bir o qədər yüksək olar.

 

Hüceyrə enerjisinin (ATF) köməyi ilə qida maddələrini və oksigeni mexaniki işə və istiliyə çevirən əzələlər kalori yandırır. Əzələ yığıldıqda ATF parçalanır və enerji ayrılır. Lakin ATF ehtiyatları məhdud olduğundan, bədən oksigenin iştirakı ilə karbohidratları (qlikogen) və yağları yandıraraq onları davamlı şəkildə bərpa edir.

 

Bununla yanaşı, həkim əlavə edib ki, yuxu zamanı enerji sərfini arıqlamaq üçün müstəqil üsul kimi qəbul etmək olmaz. Çəkinin dəyişməsinə ən çox qidalanma rejimi, fiziki aktivlik və yuxunun müddəti təsir göstərir.

 

Yuxu çatışmazlığı isə əksinə, bədən çəkisinə nəzarət etməyi çətinləşdirə bilər. Həkimin sözlərinə görə, kifayət qədər yatmamaq iştahı tənzimləyən hormonların fəaliyyətini poza və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. Bundan əlavə, yuxusuzluq yüksək kalorili qidalara tələbatı artıra bilər.