Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq
sport

Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq

16-09-2026 11:00 29 Views
IMG

İspaniya təmsilçisi "Real"ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəməli olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

 

Paris Apellyasiya Məhkəməsi bu məbləğin 2025-ci ildə PSJ-nin bank hesablarına həbs qoyulması ilə bağlı kompensasiya kimi ödənilməsinə qərar verib.

 

Qeyd edək ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən "Real"a keçib. Bundan sonra fransalı hücumçu Paris klubuna qarşı 60 milyon avroluq iddia qaldıraraq, ona müqavilə üzrə nəzərdə tutulan bonus və mükafatların ödənilmədiyini bildirib.

 

2025-ci ilin aprelində Mbappenin vəkillərinin müraciəti əsasında Liqa 1 təmsilçisinin bank hesablarına təminat tədbiri kimi həbs qoyulub. Hesablar aprelin 10-dan mayın 25-dək bloklanıb.

 

Dekabrda məhkəmə PSJ-nin Mbappeyə 61 milyon avroya yaxın vəsait ödəməli olduğuna qərar verib.