Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
turizm

Göygöldə "Chevrolet" aşdı - Yaralılar var

16-09-2026 10:00 20 Views
IMG

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

 

Tvit.az-ın məlumatına görə, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.

 

"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

 

Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.