ABŞ-ın vitse-prezidenti Kamala Harris 2022-ci ilin fevralında Ukrayna lideri Volodymyr Zelensky-dan özünə xələf tapmasını istəyib. Bunu tanınmış amerikalı araşdırmaçı jurnalist Bob Vudvord (tam adı - Robert Upşer Vudvord) "Müharibə" kitabında bəyan edib. Bu barədə "The Washington Post" yazır.
Jurnalistin sözlərinə görə, 2021-ci ilin payızında Harris Fransa prezidenti Emmanuel Makronu Rusiya və Ukrayna arasındakı münaqişəyə hazırlıq məqsədilə hərəkətə təhrik etməyə çalışıb.