Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
SEPAH-in məlumatına görə, Aerokosmik Qüvvələri səhər saatlarında Hörmüz boğazının qərb hissəsi üzərində uçan “MQ-1” tipli dronu zərərsizləşdirib.
Bildirilib ki, PUA-nın məhv edilməsi üçün İranın ən yeni və müasir hava hücumundan müdafiə sistemlərindən biri istifadə olunub.
Elmin Alışov