ABŞ maliyyə naziri Skott Bessent İranın maliyyə və iqtisadi fəaliyyəti ilə bağlı məlumatı olan şəxsləri məlumat paylaşmağa çağırıb.
Tvit.az xəbər verir ki, Bessent sosial mediada bildirib ki, ABŞ Maliyyə Nazirliyi üçün istifadə oluna biləcək məlumatları təqdim edən şəxslər mükafat ala bilərlər.
Onun sözlərinə görə, bu çağırış İranın maliyyə və iqtisadi baxımdan həyati əhəmiyyətli sahələrini qlobal miqyasda hədəf almaq məqsədilə elan edilmiş “İqtisadi Kənarlaşdırma Əməliyyatı” çərçivəsində həyata keçirilir.
Aysel Şirinova