Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb
turizm

Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb

10-09-2026 09:00 13 Views
IMG

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

 

Bu barədə Tvit.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

 

Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.

 

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda vurğulanıb.