Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi cavabını genişləndirir
dünya

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi cavabını genişləndirir

09-09-2026 21:00 15 Views
IMG

Tehrandakı Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Əli Əkbər Dareini bildirib ki, İran Hörmüz boğazında ABŞ-ın dəniz blokadasına qarşı hərbi cavabını genişləndirərək ABŞ hərbi gəmilərini hədəfə almağa başlayıb.

 

Tvit.az xəbər verir ki, Dareini “Əl-Cəzirə”yə açıqlamasında qeyd edib ki, İran indiyədək hücumlarını ABŞ-ın hərbi bazaları ilə məhdudlaşdırıb. Onun sözlərinə görə, Tehran artıq “mühasirəni yarmaq” qərarına gəlib.

 

Analitik bildirib ki, ABŞ hərbi gəmilərinin hədəfə alınması Vaşinqtona İranın hərəkətdə olan obyektləri də vurmaq imkanına malik olduğunu göstərir. O, bunu İranın “sizi görürük, harada olduğunuzu bilirik və uğurla hədəfə ala bilərik” mesajı kimi qiymətləndirib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri Hörmüz boğazından keçən daha 10 gəmi ilə yanaşı, iki ABŞ hərbi gəmisi və səkkiz neft tankerinin də hədəfə alındığını iddia edib. ABŞ Mərkəzi Komandanlığı isə heç bir ABŞ hərbi gəmisinin vurulmadığını və İranın bütün hücum cəhdlərinin uğursuz olduğunu bildirib.

 

Aysel Şirinova