Nike şirkətinin (NYSE: NKE) səhmləri son 25 ildə S&P 500 indeksindən ən böyük geriqalma ilə üzləşib.
Tvit.az xəbər verir ki, Yahoo Finance AlphaSense məlumatına görə, Nike səhmləri son bir ildə 35% ucuzlaşıb. Eyni dövrdə S&P 500 indeksi isə 13% yüksəlib.
Şirkətin baş icraçı direktoru Elliott Hill 14 oktyabr 2024-cü ildə vəzifəyə başladıqdan bəri isə Nike səhmləri təxminən 49% dəyər itirib.
Aysel Şirinova