2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağında saxlanılan israilli girovlar azad edilməsə, HƏMAS cəhənnəm hesabı ilə üzləşəcək.
Tvit.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
“İsrailli girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr, qürurla ABŞ prezidenti postunu tutduğum tarixə qədər insanlığa qarşı bu vəhşiliklərə görə məsuliyyət daşıyanlar əvəzini ödəmək məcburiyyətində qalar”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov