Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında qanun pozduğu iddia edilən iki neft tankerinin vurularaq saxlanıldığını açıqlayıb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təhriklərinin təsiri altında olan iki tanker xəbərdarlıqlara baxmayaraq, təhlükəli marşrutdan istifadə edərək Hörmüz boğazından keçməyə cəhd edib. Həmin iki tanker hədəfə alınıb, daha dörd tanker isə marşrutunu dəyişərək geri qayıdıb”,- məlumatda deyilir.
SEPAH, habelə, bildirib ki, Hörmüz boğazı üzərində tam nəzarəti və bölgədə təhlükəsizlik tədbirlərini gücləndirməyi davam etdirəcək.
Elmin Alışov