Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Dünya çempionatı: Gülxanım Şirinova bürünc medal uğrunda güləşəcək
sport

Dünya çempionatı: Gülxanım Şirinova bürünc medal uğrunda güləşəcək

31-07-2026 12:00 12 Views
IMG

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

 

Tvit.az-ın məlumatına görə 40 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

 

O, bu gün axşam seansında bürünc medal uğrunda görüşdə Şirin Askara (Türkiyə) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.