Mərakeşdəki Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya keçməyə çalışan on səkkiz qeyri-qanuni miqrant həlak olub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, təkcə son bir həftə ərzində Mərakeşdən Seuta adasına əsasən üzməklə 1500 nəfər keçib, lakin rəsmi rəqəmlər hələ açıqlanmayıb.
Təhlükəsizliyi təmin etmək məqsədilə əraziyə silahlı qüvvələrn cəlb edildiyi bildirilib.
Aysel Şirinova