Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna rusiyalıların beynəlxalq yarışlara qaytarılması ilə bağlı qərardan şikayət edib
dünya

Ukrayna rusiyalıların beynəlxalq yarışlara qaytarılması ilə bağlı qərardan şikayət edib

29-07-2026 22:00 19 Views
IMG

Ukrayna Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsinin hüquqlarının bərpası ilə bağlı son qərarının ləğv edilməsi tələbi ilə İdman Arbitraj Məhkəməsinə müraciət edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Bundan əvvəl BOK-un İcraiyyə Komitəsi rusiyalı idmançıların neytral statusda beynəlxalq yarışlarda iştirak etməməsi, komanda növlərində çıxışına qadağa qoyulması və Rusiya ərazisində beynəlxalq yarışların keçirilməməsi ilə bağlı əvvəlki tövsiyəni də ləğv edib.

 

Eyni zamanda, Avropa İttifaqının doqquz üzv dövləti Avropa Komissiyasına müraciət edərək rusiyalı idmançıların yarışlara buraxılması səbəbindən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Avropa maliyyələşdirmə proqramlarından kənarlaşdırılmasını tələb edib. Həmin ölkələr arasında Litva, Latviya, Rumıniya, Finlandiya və Polşa da yer alır.

 

Aysel