Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətər XİN bu ölkəyə hücumları pislədi
dünya

Qətər XİN bu ölkəyə hücumları pislədi

29-07-2026 22:00 15 Views
IMG

Qətər XİN İranın İordaniyaya hücumlarını pisləyib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, Qətər Xarici İşlər Nazirliyi İranın İordaniyaya hücumlarını pisləyərək bunun ölkənin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq və BMT Nizamnaməsinin pozulması olduğunu vurğulayıb.

 

Nazirlik bildirib ki, bu cür aqressiv davranışların davam etməsi təhlükəli eskalasiyaya səbəb olur, gərginliyin qarşısının alınmasına yönəlmiş səyləri çətinləşdirə və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına hesablanmış təşəbbüsləri zəiflədə bilər.

 

Qətər XİN eyni zamanda eskalasiyanın daha da genişlənməsinə səbəb ola biləcək bütün addımlardan çəkinməyə, dialoq və danışıqlar yoluna qayıtmağa, həmçinin daha əvvəl əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb.

 

Aysel Şirinova