Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER BYD-dən Tesla-ya yeni rəqib: "Xiao Di" humanoid robotu üzə çıxdı
OTHER

BYD-dən Tesla-ya yeni rəqib: "Xiao Di" humanoid robotu üzə çıxdı

28-07-2026 23:00 14 Views
IMG

Çinin elektrikli avtomobil istehsalçısı BYD-nin Tesla Optimus ilə rəqabət aparacaq humanoid robot layihəsinə dair ilk məlumatlar internetə sızıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin Zhengzhou şəhərindəki "Di Space" təcrübə mərkəzinin sosial media hesabında qısa müddət paylaşılaraq sonradan silinən məlumatlara görə, "Xiao Di" adlı humanoid robot hazırlanır.

 

Sızdırılan məlumatlarda robotun təxminən 1,60 metr boyunda və 59 kiloqram ağırlığında olacağı bildirilir. Məlumatın Çin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olduğu qeyd olunur.

 

BYD layihə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Buna baxmayaraq, sızma şirkətin humanoid süni intellekt robotları bazarında da Tesla ilə rəqabətə hazırlaşdığına işarə kimi qiymətləndirilir.

 

Aysel Şirinova