Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
sport

Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

28-07-2026 19:00 29 Views
IMG

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.

 

"Tvit.az" xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.

 

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.