Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bəqayi: Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq
dünya

Bəqayi: Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq

27-07-2026 15:00 21 Views
IMG

İranın ABŞ ilə danışıq tələb etdiyi barədə yayılan məlumatlar qarşı tərəfin informasiya taktikasının bir hissəsidir.


Tvit.az-ın məlumatına görə, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.


Bəqayi vurğulayıb ki, İran milli maraqlarını qorumaq üçün diplomatik vasitələrdən istifadə etməkdən heç vaxt çəkinməyib və diplomatiyanı bu məqsədə xidmət edən əsas vasitələrdən biri hesab edir. Bununla yanaşı, o qeyd edib ki, İran qarşı tərəfin yanlış qiymətləndirə biləcəyi addımlar atmayacaq və ABŞ-nin təcavüzkar addımları 
davam etdiyi müddətdə əsas diqqət müdafiəyə yönələcək.


Elmin Alışov