Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb
sport

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

27-07-2026 09:00 33 Views
IMG

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı Konor Makqreqor amerikalı Maks Hollouey ilə döyüşdə aldığı zədəyə görə bir il ərzində çıxış edə bilməyəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında bildirib.

 

"Makqreqor bir illik sıradan çıxıb", - o qeyd edib.

 

Makqreqor Las-Veqasda keçirilən UFC turnirində döyüş başladıqdan 65 saniyə sonra texniki nokautla Holloueyə məğlub olub. İrlandiyalı idmançı ilk saniyələrdə dizini zədələyib və döyüşü davam etdirə bilməyib.

 

Uaytın sözlərinə görə, Makqreqorun dizinin ön çarpaz bağı zədələnib. Döyüşçü sosial şəbəkələrdə əməliyyat olunacağını bildirib, daha sonra isə döyüşün baş tutmamış sayılmasına çağırıb.