Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT Təhlükəsizlik Şurası Ukrayna mövzusunda iclas keçirəcək
dünya

BMT Təhlükəsizlik Şurası Ukrayna mövzusunda iclas keçirəcək

24-07-2026 22:00 5 Views
IMG

BMT Təhlükəsizlik Şurası iyulun 27-də Ukraynanın müraciəti əsasında Ukraynaya həsr olunmuş iclas keçirəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

İclasın yerli vaxtla saat 10:00-da (Moskva vaxtı ilə 17:00) başlaması planlaşdırılır. Müzakirənin mövzusu “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” olacaq.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin Baş katibi Antonio Quterreşin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dinc sakinlərinə qarşı hücumlarına münasibət bildirməməsini “utanc” və “rüsvayçılıq” adlandırmışdı.