Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Axios: ABŞ və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırır
dünya

Axios: ABŞ və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans keçirməyi planlaşdırır

24-07-2026 22:00 7 Views
IMG

Vaşinqton və London Qərb ölkələrinin müdafiə nazirləri və yüksək rütbəli hərbi rəsmilərinin iştirakı ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək koalisiyanın yaradılmasına həsr olunmuş görüş hazırlayır. 

 

Tvit.az xəbər verir ki, Axios nəşrinin yazdığına görə, konfransın gələn həftə Britaniyanın paytaxtı Londonda keçirilməsi planlaşdırılır. Lakin dəqiq tarix və proqram hələ də müzakirə olunur.

Məlumata əsasən, Vaşinqton son aylarda Böyük Britaniya və Fransanın apardığı müzakirələri davam etdirmək niyyətindədir. Təkliflərdən biri beynəlxalq dəniz missiyasının təhlükəsiz şəraitdə fəaliyyət göstərə bilməsi üçün boğaz ətrafında hərbi əməliyyatların dayandırılmasıdır.

Mənbələr həmçinin bildiriblər ki, ABŞ müttəfiqlərinin regiona mina təmizləyən gəmilər, döyüş gəmiləri və dəniz ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə pilotsuz sistemlər göndərməsinə ümid edir.