Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub.
Tvit.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 58 yaşlı mütəxəssis Almaniya Futbol İttifaqı ilə 2030-cu ilin iyuluna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Rəsmi açıqlama və təqdimat mərasiminin bu gün keçiriləcəyi gözlənilir.
"Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi kimi müqavilə imzalayıb. Bu gün rəsmi təsdiq və təqdimat olacaq. Heç bir şübhə yoxdur, o, 2030-cu ilin iyulunadək komandaya rəhbərlik edəcək", – deyə Romano bildirib.
Xatırladaq ki, Almaniya millisi 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə rəqib 4:3 hesabı ilə üstün olmuşdu.
Qeyd edək ki, Almaniya millisinin əvvəlki baş məşqçisi Yulian Nagelsman idi.