Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Arsenal" Martin Edeqorun satışı üçün 90 milyon avro tələb edir
sport

"Arsenal" Martin Edeqorun satışı üçün 90 milyon avro tələb edir

23-07-2026 12:00 16 Views
IMG

İngiltərənin "Arsenal" klubu yarımmüdafiəçisi Martin Edeqorun transfer qiymətini müəyyənləşdirib.

 

Tvit.az "Teamtalk"a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı norveçli üçün təxminən 90 milyon avro tələb edir.

 

2021-ci ilin avqustundan İngiltərə komandasında çıxış edənfutbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 36 oyunda 1 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.