Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İlham Əliyev: Azərbaycan ekoloji porblemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
sosial

İlham Əliyev: Azərbaycan ekoloji porblemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

05-06-2026 12:00 18 Views
IMG

Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir.

 

Tvit.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.

 

Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların öhdəsindən gəlmək bacarığından asılıdır:

 

"Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk".