Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT Ukrayna ilə bağlı dialoqu davam etdirməyi ümid edir
dünya

BMT Ukrayna ilə bağlı dialoqu davam etdirməyi ümid edir

18-02-2026 22:00 31 Views
IMG

BMT Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında iştirak edən tərəflərin dialoqu davam etdirəcəyinə ümid edir.

 

Tvit.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə keçirilmiş üçtərəfli danışıqlarla bağlı brifinqdə bildirib.

 

“Ümid edirik ki, bu müharibəyə son qoymaq üçün dialoq davam etdiriləcək”, – deyə o bildirib.

 

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17–18 fevral tarixlərində Cenevrədə keçirilib. Çərşənbə günü baş tutan müzakirələr təxminən iki saat davam edib. Görüşün yekunlarına dair Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, danışıqlar çətin keçsə də, işgüzar xarakter daşıyıb.

 

Aysel Şirinova