Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home siyasət Bərxudarovdan vəzifədən çıxarılmasına REAKSİYA
siyasət

Bərxudarovdan vəzifədən çıxarılmasına REAKSİYA

07-10-2024 11:00 143 Views
IMG

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Tvit.az gununsesi.info-ya istinadən xəbər verir ki, sayt Mais Bərxudarovla əlaqə saxlayaraq, onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən Mais Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".

"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına gəlincə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam".