Vaşinqton və Tehran arasında Cenevrədə aparılan danışıqlarla eyni vaxtda, İranda Ali Rəhbər Xameneinin İranın Şərqi Azərbaycan əyalətinin sakinləri ilə görüşü keçirilir.
Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, Xamneyni çıxışı zamanı ABŞ gəmilərini "batırmaqla" bağlı Trampa yenidən hədə-qorxu gəlib:
"ABŞ prezidenti daim deyir ki, bizim ordumuz dünyanın ən güclüsüdür. Ən güclü ordu bəzən elə bir zərbə ala bilər ki, yerindən qalxa bilməz. Onlar daim İran tərəfə aviadaşıyıcı göndərdiklərini deyirlər. Yaxşı, aviadaşıyıcı, əlbəttə ki, təhlükəlidir, lakin aviadaşıyıcıdan daha təhlükəli olan onu dənizin dibinə göndərə biləcək silahdır".
Aysel Şirinova,
Tvit.az