Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyə Prezidenti Efiopiyaya səfər edəcək
dünya

Türkiyə Prezidenti Efiopiyaya səfər edəcək

16-02-2026 19:00 16 Views
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Efiopiya Baş naziri Abiy Əhməd Alinin dəvəti ilə rəsmi səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Məlumata əsasən, səfər çərçivəsində ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.  Bildirilib ki, danışıqlardan sonra iki liderin iştirakı ilə müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalanacaq. İmza mərasimindən sonra Ərdoğan və Abiy Əhməd Əli birgə mətbuat konfransında səfərin nəticələrini ictimaiyyətlə bölüşəcəklər.

 

Aysel Şirinova