Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Britaniya və Almaniya müdafiə rəhbərləri çağırış etdi: Müharibə riskinə hazırlaşın
dünya

Britaniya və Almaniya müdafiə rəhbərləri çağırış etdi: Müharibə riskinə hazırlaşın

16-02-2026 17:00 27 Views
IMG

Böyük Britaniya və Almaniyanın (AFR) müdafiə qurumlarının yüksək vəzifəli nümayəndələri mümkün Rusiya ilə hərbi toqquşmaya qarşı cəmiyyətin həm mənəvi, həm də maddi baxımdan hazırlanmasının zəruriliyini vurğulayan birgə müraciətlə çıxış ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə "The Guaridan"  Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, aviasiya baş marşalı Richard Knighton və Almaniyanın Müdafiə rəisi, general Carsten Breuer tərəfindən yazılmış məqalə Münhen Təhlükəsizlik Konfransının yekunlarına dair yazıda bildirib.

 

Generalların fikrincə, Rusiyanın hərbi aktivliyi guya “qəti şəkildə Qərbə yönəlib” və bu, Avropa ölkələrinin müdafiə sahəsində yanaşmalarını dəyişməsini tələb edir. Onlar bildiriblər ki, cəmiyyət soyuq müharibənin başa çatmasından bəri hərbi xərclərin rekord səviyyədə artırılmasının səbəblərini anlamalıdır.

 

Aysel Şirinova