Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qanunsuz silah-sursat aşkarlandı
sosial

Qanunsuz silah-sursat aşkarlandı

30-01-2026 11:00 12 Views
IMG

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 

Bildirilir ki, yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.