Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Bu gün "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum olacaq
sport

Bu gün "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum olacaq

30-01-2026 10:00 13 Views
IMG

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

 

"Tvit.az" xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri turnirin son qalibi PSJ və "Nyukasl"dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

 

“Pley-off”la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq. Yəni, 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə,15/16 – 17/18 ilə üz-üzə gələcək.

 

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

 

Bunu da qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.