İsrail liderləri Amerikanın nağd pul qrantlarının azaldılması ilə gələcək planlarını açıqladıqlarına baxmayaraq, ABŞ-ın hərbi dəstəyini genişləndirməyə çalışaraq, Tramp administrasiyası ilə yeni 10 illik təhlükəsizlik müqaviləsi üzrə danışıqlara hazırlaşır.
Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, hazırki müqavilə 2028-ci ilə qədər davam edəcək.
"2016-cı ildə ABŞ və İsrail hökumətləri 2028-ci ilin sentyabr ayına qədər 10 il müddətinə 38 milyard dollarlıq hərbi yardım təmin edən anlaşma memorandumu imzaladılar. Bu yardımın 33 milyard dolları hərbi texnikanın alınması üçün qrantlar, 5 milyard dolları isə raketdən müdafiə sistemlərinin birgə inkişafı üçün nəzərdə tutulub", - məlumatda bildirilir.
Aysel Şirinova