Təxminən iki il əvvəl Türkiyənin "Show TV" kanalında yayımlanan Didem Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı irəli sürülən böhtan və təhqiramiz iddialar nəticəsində açılan mənəvi təzminat işi məhkəmə tərəfindən təmin edilib.
Tvit.az xəbər verir ki, bu barədə müğənninin vəkili Feyza Altun məlumat verib. Onun sözlərinə görə, məhkəmə Doğuşun xeyrinə qərar çıxarıb.
Vəkil bildirib ki, məhkəmənin qərarı ilə müəyyən edilən mənəvi təzminat məbləği Doğuş tərəfindən xeyriyyə məqsədilə "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq. Altun qeyd edib ki, bu addım həm ədalətin bərpasını, həm də xərçənglə mübarizə istiqamətində fəaliyyət göstərən ictimai təşəbbüsləri dəstəkləməyi hədəfləyir.
Qeyd edək ki, Didem Arslan Yılmazın verilişində Doğuş və Xoşqədəm Hidayətqızının boşandığı iddia olunmuşdu. Lakin sonradan aparıcı Xoşqədəm Hidayətqızından üzr istəmiş və cütlüyün boşanma xəbərlərinin doğru olmadığını açıqlamışdı.\milli.az
