19 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024

Bizə yaz

Türkiyə “Reuters”-in bu məlumatını təkzib ETDİ

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə dair Rusiya-Ukrayna danışıqları ilə bağlı məlumatı təkzib edib.

Tvit.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

“Ankaranın Qara dənizdə gəmiçiliklə bağlı hər hansı konkret saziş üzrə danışıqlardan xəbəri yoxdur”,- deyə diplomatik mənbə bildirib.

Qeyd edək ki, “Reuters” adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Rusiya, Ukrayna və Türkiyə belə bir saziş bağlamalı idi, lakin Kiyev iddiaya görə son anda bundan imtina edib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR