23 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Ukrayna Avropa Konvensiyasının bu maddələrinin tətbiqini dayandırdı

Ukrayna İnsan Hüquqları və Azadlıqları üzrə Avropa Konvensiyasının bəzi maddələrinin ölkədəki fəaliyyətini dayandırıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, Kiyev bu barədə Avropa Şurasına rəsmi məlumat verib və bunu “ölkədə mövcud hərbi vəziyyət”lə əsaslandırıb.

Avropa İttifaqı cavab olaraq Ukraynanın düşdüyü “çətin şərtləri” nəzərə almaq lazım olduğunu bildirib.

Qeyd edək ki, söhbət “yazışmaların məxfiliyi, şəxsi və ailə həyatına qarışmamaq, hərəkət azadlığı, fikir və söz azadlığı hüquqlarını” təmin edən maddələrdən gedir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR