13 C
Baku
Çərşənbə axşamı, May 7, 2024

Bizə yaz

Qırğızıstan- Tacikistan sərhəddində insident

Qırğızıstan-Tacikistan dövlət sərhədində odlu silahdan istifadə ilə bağlı insident baş verib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, hadisə tacik çobanlarının Qırğızıstan sərhədini keçməsi səbəbindən baş verib. Onlar sərhədçilərin ərazini tərk etmək tələblərinə məhəl qoymayıb, daha sonra onlara daş atmağa başlayıblar. Çobanlardan biri sərhədçiyə doğru 2-3 atəş açıb, qırğız sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb. Qırğızıstan vətəndaşları arasında itki yoxdur.

Medianın məlumatına görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR