22 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024

Bizə yaz

“HƏMAS bu məsələdə güzəşt etməyəcək”

Fələstin hərəkatı HƏMAS İsraillə Qəzzada atəşkəslə bağlı dialoqda güzəştlər etmək niyyətində deyil.

Tvit.az xəbər verir ki, bu barədə Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzat ər-Rişq bildirib.

Onun sözlərinə görə Fələstin İsrail ordusunun Fələstin enklavından tam çıxarılması tələbindən əl çəkməyəcək.

“Tam atəşkəs Fələstin xalqının müdafiəsinin yeganə zəmanətidir, qan tökülməsinə və qırğınlara son qoyulmasıdır”, – İzzat ər-Rişq deyib.

O əlavə edib ki, HƏMAS “Qəzzadan [İsrail ordusunun] tam çıxarılması və məcburi köçkünlərin azad şəkildə geri qaytarılmasının zəruriliyi ilə bağlı heç bir güzəştə getməyəcək”. 

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR